“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC 2015-ci ili 117 min manat xalis mənfəət ilə başa vurub.
MMC-nin 31 dekabr 2015-ci il tarixə mühasibat balansında göstərilir ki, ötən il faiz gəlirləri 448 min manat təşkil edib.
2015-ci ildə BOKT-ın müştərilərə verdiyi kreditlər 83% artaraq 960 min manatdan 1 milyon 756 min manata yüksəlib.
31 Dekabr 2015-ci il tarixinə “PSG Finans”ın cəmi aktivləri 3 milyon 579 min manat təşkil edib. Bu məbləğ, 2014-cü ilin sonu ilə müqayisədə 91% çoxdur.
Ötən ilin sonuna təşkilatın nizamnamə kapitalı 1,7 milyon manat təşkil edib. “PSG Finans” 2014-cü ilin sonunda 1 milyon manat nizamnamə kapitalına malik idi.
Keçən il MMC-nin öhdəlikləri 2 dəfə artaraq 841 min manatdan 1 milyon 729 min manata qalxıb.