AŞAĞI FAİZLƏR

İllik 16%-dən başlayan faiz və sərfəli şərtlər

GENİŞ ÖDƏMƏ ŞƏBƏKƏSİ

Bakı şəhərində, eləcə də regionlarda asanlıqla ödəyin

100% MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

Gülərüz personalımızla sizə üstün xidmət göstərməyə şadıq
  • Tarix

Azərbaycan hökumətinin iqtisadi inkişafın yeni mərhələsində həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətləri iqtisadiyyatın çoxvektorluluğu, maliyyə, valyuta və sosial sabitliyin gücləndirilməsi fonunda əhalinin pul gəlirlərinin artmasına, sosial yaşayış imkanlarının yaxşılaşmasına nail olmaqdan ibarətdir. Ölkədəki mövcud inflyasiya risklərinin qarşısını almaq və əhalinin real gəlirlərinə təsir imkanlarını minimuma endirmək bu siyasətin əsas bazislərindən biridir. İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi iqtisadi siyasətin əsas trendidir. Hökumət bütün vətəndaşların gələcək keyfiyyətli sosial yaşayışını təmin etmək üçün hazırda meydana çıxan bir sıra meyilləri tamamilə aradan qaldırmaq niyyətindədir. Bu məqsədlə son dövrlər sosial sektorda gücləndirilmiş tədbirlər, həmçinin Bank Olmayan Kredit Təşkilatlarının inkişafına yönəldilmiş tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Əsası 2013-cü ildə (19 avqust 2013-cü il tarixli, № 2002715951) qoyulmuş “PSG Finans” –  Azərbaycan Respublikasının qanunverilcliyi ilə müəyyən edilmiş qaydada genişmiqyaslı xidmətlər götərən maliyyə qurumudur. “PSG Finans” BOKT MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş BKT-18 saylı lisenziya əsasında fəaliyyət göstərir. Hazırda Bakı şəhərində yerləşən baş ofis və Quba rayonundakı bir filial ilə fəaliyyət göstərən təşkilatımız sahibkarlığa dəstəyi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirməkdədir.

  • Missiyamız

Bizim  məqsədimiz Azərbaycan Respublikasının qanunverilcliyi ilə müəyyən edilmiş qaydada az gəlirli şəxslər, məcburi köçkün, qaçqınlara, demobilizə olan və müharibədən zərər çəkən şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə, o cümlədən az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə instututlarına maliyyə xidmətləri götərməkdir. “PSG Finans” müştərilərlə qarşılıqlı əlaqələrə xüsusi önəm verir. Təşkilatımız öz müştərilərinə müxtəlif  növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur.